Ç. Dek 11th, 2019

Azərbaycanda iki yüksək vəzifəli məmur quda oldu – FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli ailə həyatı qurub.

Turkustan.info xəbər verir ki, Axşam.az-ın əldə etdiyi məlumata görə, toy məclisi dünən “Böyük Saray” şadlıq evində baş tutub.

Saleh Məmmədovun oğlu  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Rauf Vəliyevin qızı ilə evlənib.

Toyun aparıcılığını Nərgiz Cəlilova edib. Eyni zamanda ölkənin ən tanınmış sənətçiləri – Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Miri Yusif, Əməkdar artist Manana Çaparidze öz ifaları ilə səbəbkarlara təbriklərini çatdırıblar.

Paylaş: