Ç. Dek 11th, 2019

“Azəriqaz” qazanxalara istilik verməyə başladı – İki dövlət qurumu ANLAŞDI

“Noyabrın 15-də bəzi qazanxanalara qaz verilməməsi səbəbindən əhalini istiliklə təmin edə bilmədik. Biz “Azəriqaz” İstehsalat Birliyinə müraciət edəndən sonra bütün qazanxanalara qaz verildi”.

Bunu Modern.az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin müştəri və abonent xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

O, buna görə “Azəriqaz” rəhbərliyinə təşəkkür edib.

Qeyd edək ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə 29 milyon manat borcu yaranıb.

Paylaş: