Ç. Dek 11th, 2019

İranda etirazlar davam edir – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhərdən başlayaraq Güney Azərbaycanın Təbriz, Urmiya, Qoşaçay, Ərdəbil, Əhər, Salmas və digər şəhərlərində əhalinin kütrləvi etirazları keçirilir.

Təbrizdə irqçi fars rejimin xüsusi qvardiyası ilə təbrizli gənclər arasında kəskin toqquşmalar davam edir.

Urmiyada əhali geniş şəkildə meydanlara axışıb və rejimə, eləcə də onun benzini bahalaşmasına etiraz edir.

Ərdəbildə isə əhali maşınlarını yolda saxlayıb, yolları bağlamaqla rejimə öz etirazını bildirir.

Əhər, Qoşaçay və Salmasda da əhali rejimə qarşı kütləvi etiraz aksiyası keçirməkdədir.

Aksiyadan olan görüntüləri təqdim edirik:   /ayna.az/

Paylaş: