Ç. Dek 11th, 2019

“Məni saymırlarsa, bu ölkədə lazım deyiləmsə, xaricə köçürəm…” – Elçin Əlibəylidən AÇIQLAMA

Tanınmış aparıcı Elçin Əlibəyli “Space” telekanalında aparıcısı olduğu “El bizim sirr bizim” verilişdə telekanalla yollarını ayırdığını bildirib. 
Məsələylə bağlı Moderator.az-a danışan E.Əlibəyli bundan sonra xaricə köçəcəyini və orda universitetlərdən birində işləyəcəyini deyib:
“Mən verilişdən vidalaşmışam və bundan sonra verilişi şair Səhər Əhməd aparacaq. Özüm isə xaricə köçürəm. Bunun isə səbəbləri var. Jurnalistlərə mükafatlar verildi, onların içində mənim də üç tələbəm var idi. Onlara mükafat verildi, mənə yox. Bundan başqa jurnalistlərə mənzil verildi, mənə yox. Əslində heç o mənzil mənə lazım deyil, kirayədə daha rahat yaşayıram. Söhbət iş saymaqdan gedir. Məni saymırlarsa, bu ölkədə lazım deyiləmsə, elmim var, elmlər doktoruyam, böyük elmi işçiyəm, gedib istənilən ölkənin akademiyasında, universitetində işləyə bilərəm. Bu dəqiqə Norveçin Tur Heyerdal Akademiyasının fəxri üzvüyəm, Beynəlxalq Televiziya və Radio Akademiyasının üzvüyəm. Gedib çox rahat şəkildə işləyə biləcəm. İngilis və alman dilin çox yaxşı bilirəm. Mənim üçün heç bir maneə yoxdur”.

Paylaş: