Ça. Dek 10th, 2019

Milyonçuların siyahısı dəyişdi

ABŞ-ın Müdafiə Nazirliyinin “Microsoft”a uzaqdan hesablama xidmətləri üçün on illik 10 milyard dollarlıq müqavilə verməsi qərarı sayəsində Geytsin gəlirlərinin artdığı iddia edilir

“Microsoft”un sahibkarı və qurucusu Bill Geyts yenidən yer üzünün ən varlı adamı adına layiq görülüb. Turkustan.info xəbər verir ki, son iki ildən sonra ilk dəfədir ki, o, milyarderlərin sırasına başçılıq edir.

Məlumata görə, bu dəfə o, ən böyük onlayn pərakəndə satış şirkəti olan “Amazon”un rəhbəri Ceff Bezosu üstələyib. Hazırda Geytsin sərvəti təxminən 110 milyard dollar, Bezosun sərvəti isə 109 milyard dollar dəyərindədir. Reytinqdə üçüncü pilləni “Louis Vuitton Moet Hennessy” Fransa lüks mallar ticarət korporasiyasının rəhbəri Bernar Arno tutur. Onun sərvəti 103 milyard dollar qiymətləndirilir. ABŞ-ın Müdafiə Nazirliyinin “Microsoft”a uzaqdan hesablama xidmətləri üçün on illik 10 milyard dollarlıq müqavilə verməsi qərarı sayəsində Geytsin gəlirlərinin artdığı iddia edilir.  Bu müqavilədən sonra Bezosun səhmləri təxminən 2% azalıb.     /sputnik.az/

Paylaş: