Ç. Dek 11th, 2019

Sumqayıtda zavodda zəhərlənənlərin səhhəti ilə bağlı rəsmi açıqlama

Sumqayıt şəhərində yerləşən zavodların birində baş verən zəhərlənmə hadisəsi ilə əlaqədar 13 nəfər özəl tibb müəssisələrindən birinə müraciət edib.

Turkustan.info bildirir ki, bu barədə Avropa.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Günün sonuna doğru evə buraxılacaqları ehtimal edilir.

Paylaş: