“Uşaqlar bizim gələcəyimizdir” – Uşaq evində tədbir

“Umid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi vacib layihələr sırasında daha biri – “Uşaq evlərində yaşayan uşaqlara yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi” adlı layihə də yer aldı. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə vəsaitinin köməyi ilə həyata keçirilən bu layihə uşaq evlərində, internat məktəblərində yaşayan uşaqlara yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi kimi vacib bir maarifləndirmə işinə xidmət edir.
Uşaqlar bizim gələcəyimizdir.
Odur ki, əslində onların hər birinin yol hərəkəti təhlükəsizliyi qaydalarını bilməsi həyati əhəmiyyəti kəsb edir. Bu qaydaları bilməklə hər bir uşaq həm öz həyatını qoruyur, həm də ömrü yollarda keçən sürücü ataları, əmiləri dayıları baş verə biləcək avtomobil qəzalarından xilas edirlər.
“Umid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin həyata keçirdiyi bu layihə həm də ona görə xüsusi əhəmiyyətə malikdir ki, o, 2019- 2023 – cü illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramı” na töhfədir.