Bz. Dek 8th, 2019

Xəstələnmək istəməyənlər OXUSUN: İmmuniteti necə gücləndirmək olar? – VİDEO

“İmmun sisteminin zəifləməsinin mövsümü yoxdur. Məsələ ondadır ki, soyuq aylarda payızdan başlayaraq yaza doğru infeksion xəstəliklər daha geniş yayılır. Soyuq hava insan orqanizminin müqavimətini zəiflədir. Odur ki, bu fəsillər immunitetin aşağı düşməsinə səbəb olur. İmmun sistemində çox vacib rol oynayan faktorlardan biri də D vitaminidir. D vitamini günəş şüalarının təsirindən sintez olunduğu üçün soyuq fəsillərdə günəş şüasına çox məruz qala bilmirik. Nəticədə D vitamini çatışmazlığı immun sisteminə birbaşa mənfi təsir göstərir. Uzun illər C vitamininin immun sisteminə müsbət təsir etdiyi düşünülürdü. Yeni araşdırmalar D vitamininin immunitet üçün daha çox təsirli olduğunu önə çıxardı”.

Turkustan.info bildirir ki, bu sözləri allerqoloq-immunoloq Ləman Cəfərova immun sistemin çatışmazlığı haqqında Publika.az-a danışarkən deyib. Mütəxəssis immun sisteminin zəifləməsini göstərən əlamətlərdən də danışıb:

Xəstələnmək istəməyənlər OXUSUN: İmmuniteti necə gücləndirmək olar? - VİDEO

“Əgər bir insan ildə iki dəfədən çox iltihablı qulaq, yuxarı və aşağı tənəffüs yolu infeksiyası keçirirsə, pnevmoniya olursa, bir il ərzində antibiotik terapiyası qəbul edirsə, o insan artıq şübhələnməlidir ki, immun sistemi çatışmazlığı var. Bu halda immun sistemini evdə hər hansı iksirlər hazırlamaqla gücləndirmək mümkün deyil. İmmun sistemi həqiqətən zəifləyibsə, bu, heç də otla, cövhərlə düzələn iş deyil”.

Qidaların immun sisteminə təsirindən danışan həkim qeyd edib ki, immunitetin əsas düşməni şirniyyatlardır:

“Paketlənmiş şirniyyat məhsulları xüsusilə uşaqlar arasında geniş yayılıb. Belə məhsullar nəinki immun sisteminə, bütün sistemə mənfi təsir göstərir. Valideynlərə məsləhət bilirəm ki, uşaqları şokolad, konfet və digər bu kimi məhsullardan uzaq tutsunlar”.

Paylaş: