Be. Dek 9th, 2019

İran başdan-başa OD İÇİNDƏ

İranda və Güney Azərbaycanın  bir çox bölgələrində benzinin bahalaşmasına etiraz edən əhali polis zorakılığına cavab olaraq hərbi, dövlət və dini mərkəzlərə hücum edib.

Turkustan.info-nun məlumatına görə, polisin etirazçılara açdığı atəş nəticəsində 9 nəfər həyatını itirib. Xalq buna cavab olaraq, hərbi, dövlət və dini mərkəzlərə, polis şöbələrinə, eləcə də dövlət banklarının şöbələrinə hücum edərək onlara od vurub.

Qəzəbli etirazçılar küçələrdə asılmış Xamneyinin və rejimin digər simalarının fotoları əks olunmuş plakatları yandırıblar. Od vurulan obyektlər içərisində İran Milli Bankının Behbahan şəhərində yerləşən şöbəsi də var.

Təbriz şəhərində etirazçılar aksiyaları dağıtmaq üçün gələn İran polisinə məxsus yanacaq doldurma məntəqəsində mənzillənmiş avtobuslara od vurub.

Paytaxt Tehranda isə etirazçılar “Millət” və “Gələcək” banklarının inzibati binalarını dağıdıb. Bundan başqa, narazı kütlə İranın Qüds şəhərinin İcra Hakimiyyətinin binasını yandırıb. Şiraz şəhərində isə aksiya iştirakçıları polis bölməsinə hücum edib. İslamşəhrdə qəzəblənmiş əhali  polisin istehkamlarına od vurub. İsfahan şəhərində “Ticarət” bankı yandırılıb. Məaliabadda baş verən toqquşmalarda etirazçıların qarşısını ala bilməyən polis qüvvələri qaçmağa məcbur olub.  /Cebhe.info/

Paylaş: