Be. Dek 9th, 2019

İsrail 4 ölkə ilə S-400-ə qarşı

İsrail Hərbi Hava Qüvvələri “Mavi bayraq” təlimində ABŞ və Avropa ölkələrindən olan müttəfiqləri ilə birgə S-400 sisteminə qarşı müdafiə taktikasını icra edib.

Qəzzadakı qarşıdurma bölgəsinə yaxın Uvda aviabazasında keçirilən hərbi hava təlimində ABŞ, İsrail, Almaniya, İtaliya və yunanıstanlı pilotlar iştirak edib.

Qeyd edilir ki, təlimdə İsrail Hərbi Hava Qüvvələrinə aid bir neçə beşinci nəsil F-35, F-16 təyyarəsi, eyni zamanda digər ölkələrə aid 30-dan çox F-16, F-35 və “Yurofayter Tayfun” reaktiv təyyarələri yer alıb.

Təlimdə S-400 raketlərinin əvəzləyicisi kimi ABŞ istehsalı MIM-104 Patriot sistemlərindən istifadə edildiyi bildirilib.     /Axar.az/

Paylaş: