Be. Dek 9th, 2019

ARB-də QALMAQAL: Jurnalist bayağı müğənni arasında – VİDEO

ARB-də Rövşanə Ağasəfqızının müəllifi olduğu “Səhər səhər” verilişində qalmaqal baş verib.

TURKUSTAN.İNFO xəbər verir ki, verilişinin qonağı olan tanınmış jurnalist Seymur Verdizadə şou əhlini bayağı mahnılar ifa etməkdə suçlayıb. Jurnalist deyib ki, onlar zövqsüz mahnılar seçməklə xalqın mədəni zövqünü korlayırlar.

Seymur Verdizadə verilişin qonağı olan Cabir adlı gənc müğənnini sərt tənqid edib: “Sənin səhnədə atılıb- düşməyin heç kimə lazım deyil”.

Müğənni isə öz növbəsində opponentini cavabsız buraxmayıb: “Yaxşı ki, sizin kimi düşünən adamlar çox deyil”. S.Verdizadənin reaksiyası belə olub: “Buna təəssüflənmək lazımdır. Mənim kimi adamlar az olduğu üçün sənin kimi adamların əl-qolu açılıb”.

TURKUSTAN.İNFO verilişin həmin bölümünü təqdim edir:

Sənin atılıb-düşməyin mənə lazım deyil: Müğənni ilə jurnalist arasında QALMAQAL

Sənin atılıb-düşməyin mənə lazım deyil: Müğənni ilə jurnalist arasında QALMAQAL – Səhər-səhər#Səhərsəhər

Опубликовано ARB TV Воскресенье, 17 ноября 2019 г.

Paylaş: