Ca. Dek 5th, 2019

Qarabağ erməniləri ABŞ-la ticarət əlaqələri qurub – VİDEO

Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirir.

 Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Qarabağda – Xocalı və Xocavənd rayonlarının ərazilərində istehsal olunan günəbaxan yağları “Voske Katil” (“Qızıl damcı”) adı ilə ABŞ-a satılır. Satış əsasən ermənilərin kompakt yaşadığı Kaliforniya ştatında həyata keçirilir.

Xocavəndin Tağaverd kəndində yerləşən zavod yaxın aylarda istehsalın genişləndirilməsini və Avropa-Asiya ölkələrinə məhsul satışını da planlaşdırır.

2011-ci ildə Norayr Stepanyan tərəfindən yaradılmış zavod sutka ərzində 40 tona qədər müxtəlif yağ istehsal edir.

/modern.az/

 

Paylaş: