Be. Dek 9th, 2019

“QHT-lər də MM-də büdcə müzakirələrinə dəvət olunmalıdır” – Fazil Mustafa

Bu gün Milli Məclisdə Komitələrin birgə iclasında 2020-ci ilin Büdcə layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Fazil Mustafa ağaşıdakı məsələlər üzrə çıxış edib:

-Komitə iclaslarına televiziyaların və xəbər saytlarının dəvət olunmaması büdcə müzakirələrinin yetərincə işıqlandırılmamasına səbəb olur. Buraya ixtisaslaşmış QHT-lərin də dəvəti vacibdir ki, ölkənin bu ali sosial-iqtisadi sənədi barədə müzakirələrin gedişindən, deputatların məsələlər münasibətindən cəmiyyətdə xəbərdar olsunlar.

– 3-cü dövlətlərdən gələn istehsal vasitələrinə ƏDV-nin tətbiq olunmasını ləğv edilməsi zərurəti yaranıb. Bu nə deməkdir? Əğər bir avadanlıq məsələn Almaniyadan gətirilirsə o avadanlıq ƏDV -siz ğömrük olunur.Ancaq həmin avadanlığın köhnəsi Türkiyədən gəlirsə həmin avadanlığa ƏDV tədbiq olunur. Eyni avdanlıq müxtəlif maya dəyərinə malikdir. Birmənalı olaraq bütün istehsal vasitələri ƏDV-dən azad olunmalıdır ki, gömrükdə də qarışıqlıq olmasın. ƏDV ödəməmək ücün yeni avadanlıq gətirərkən keçmiş iqtisadi inkişaf nazirliyindən də icazə alınmalı idi. Bu da bir cox bürokratik əngəllər yaradır.

– Ölkəmizdə artıq pambığın istehsalı inkişaf edir. Ancaq toxuculuq müəssisələri bu pambığı daxili bazardan ala bilmir. Daxili istehsalçıların istehsal gücünə görə kvota ayrılmasını və pambığında satışının digər kənd təsərrüfatı məhsulları kimi ƏDV dən azad edilməsi məqsədəuyğun olardı.Yerli pambıq istehsalcıları daxili bazara mahlıcın qiymətini Lissabon birjasina görə ƏDV ilə birlikdə satırlar . Bu isə ipliyin qiymətini qaldirir və xaricə iplik satmaq olmur .

-Bakıdakı torpaq sahələrinin xeyli hissəsi əvvəlki sovxozların, fermaların istifadəsinə verildiyi üçün sonrakı dövrdə bu kimi qurumlar ləğv edildiyində bugünədək ərazi prinsipi dəqiqləşdirilmədi. Bu məsələni Nazirlər Kabineti çözməklə idarəçilikdə mənasız bir ziddiyəti ortadan qaldırmış olar. Elə bu minvallar neftdən təmizlənmiş ərazilərdə salınmış yaşayış evlərinin özəlləşdirilməsi, habelə kommunikasiya xətlərinə əngəl yaratmayan yaşayış evlərinin özəlləşdirilməsi vacibdir.

-Azərbaycanda sahibkarların pul resurslarına ən əlçatan
mənbəyi bank kreditləridir. Ölkədə kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən bank sektorundan cəlb edirlər. Ancaq devalvasiyanın bank sektorunu çətin vəziyyətə salması biznesin yeganə maliyyə mənbəyinə çıxışını da məhdudlaşdırıb. Səbəb bankların kredit şərtlərini sərtləşdirməsi, riskli kredit qoyuluşunda maraqlı olmaması, sahibkarların kredit tarixçələrinin pisləşməsidir. Devalvasiyadan sonra sahibkarların kreditə çıxışının pisləşməsini Mərkəzi Bankın rəsmi rəqəmləri da təsdiq edir. 15 fazidən aşağı düşməyən kreditlərlə xırda və orta biznesi inkişaf etdirmək mümkünsüzdür.

-Elektrik enerjisi gecə tarifinə keçirilməli,(nə ücün)? Nazirlər Kabinetinin 5 aprel 2001-ci il 74 saylı qərarna görə gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir .Bu isə məhsulun maya dəyərinin bahalanmasına gətirir ki, bu da məssisəyə böyük ziyanlar vurur. Elektrik enerjisinin gecə tarifinə keçirilməsi Türkiyədə sənaye müəssisəsinə tədbiq olunur. Türkiyədə gecələr elektrik enerjisinə 50% endirim tədbiq olunur.Tekstil müəssisələrinin rentabelli iş rejimi 24 saatdır.

-Bir-birini təkrarlayan ali məktəblərin də birləşdirilməsinə zərurət var. Kiməsə rektor vəzifəsi vermək üçün universitet açmazlar. Bizdə universitet təhsilinin səviyyəsi çox aşağıdır, bunların sayının artıq olması təhsilin keyfiyyətinə faydalı heç nə əlavə etmir.

Paylaş: