Bz. Dek 15th, 2019

Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihə çərçivəsində təlimlərə start veriib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Dövlət İmtahan Mərkəzinin tərəfdaşlığı ilə  “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Region gənclərinin dövlət qulluğuna təşviqi” adlı layihənin icrasına 15 noyabr Mingəçevir və 16 noyabr Gəncə şəhərlərində həyata keçirilmiş təlimlərlə start verilmişdir. 120-yə yaxın region gəncinin iştirakı ilə baş tutan təlimlərdə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik,  gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşmaq metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri, www.dim.gov.az saytından istifadə qaydaları gənclərə ətraflı öyrədilmişdir.

Təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşı Rüfət Ağayevin təqdimatında baş tutmuş və gənclərin böyük marağına səbəb olmuşdur. İştirakçılar tərəfindən təlimçiyə müxtəlif suallar ünvanlanmış, fikir mübadilələri aparılmış və bütövlükdə aktiv iştirakçılıq təlimin əsas metodikası olmuşdur. Layihə çərçivəsində nəşr edilmiş dövlət qulluğuna qəbulla bağlı maarifləndirici toplu region gənclərinə paylanılmışdır.

Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilmiş və tədbirlər qeyri-formal foto çəkilişlər və çay süfrəsi  ilə sonlandırılmışdır.

Növbəti təlimlər noyabrın 29-u Lənkəran şəhərində və noyabrın 30-u Şamaxı rayonunda həyata keçiriləcək. Region gənclərini təlimlərdə fəal iştiraka dəvət edirik.

Təlimlərin dəqiq yeri və vaxtı barədə 055 267 00 61 nömrəli telefonla əlaqə saxlayaraq məlumat əldə edə bilərsiz.

 

Paylaş: