Be. Dek 9th, 2019

Rüfət Səfərov da azadlıqda

Oktyabrın 19-da Bakıda Milli Şuranın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov azadlığa buraxılıb. 

Turkustan.info xəbər verir ki, Rüfət Səfərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi. Bu gün onun cəza müddəti başa çatıb və azadlığa buraxılıb. Xatırladaq ki, Milli Şura 2019-cu il oktyabr ayının 19-da “28 may”da mitinq keçirməyə cəhd ediblər.

Aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılmışdı.    /Cebhe.info/

Paylaş: