C. Dek 13th, 2019

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda yubiley tədbirləri keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıtın 70 illiyi çərçivəsində Sumqayıt  şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şəhər Veteranlar Şürasının sədri Sovet Şükürov, Ağsaqqalar Şurasının sədr müavini Faiq İsmayılovla  oxucuların görüşü keçirilib. Tədbirdə   Müzəffər Gülümov  çıxış edərək Sumqayıtın tarixindən, yeni inkişaf mərhələsindən geniş söhbət açıb. Tədbirdə Ağsaqqallar Şurasının üzvü Vahid Cəfərov, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmalədin Sumqayıtla bağlı səmimi fikirlərini bölüşüblər. Sonda qonaqlar oxucuları maraqlandıran sualları cavablandırıblar.

Nizami Gəncəvi adına Kitabxana Klubda daha bir tədbir nasir, dramaturq, görkəmli yazıçı və tanınmış ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə keçirilib. Tədbirdə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərinin müzakirəsi keçirilib. Tədbiri böyük kitabxanaçı Dilarə Ağakişiyeva açaraq əsər haqqında oxuculara geniş məlumat verib. Sonra əsərlə bağlı oxucuların fikirləri dinlənilib. Qeyd olunub ki, doğma ana dilinin sahibi onu qoruyub saxlayan sadə xalq kütlələridir. “Anamın kitabı” böyük tərbiyəvi əhəmiyyətə malikdir. Tədbirin sonunda “Ədəbiyyatın sönməyən günəşi” adlı sərgidən  biblioqrafik xülasə verilib.

 

Paylaş: