Ç. Dek 11th, 2019

Ərdoğandan qondarma erməni soyqırımı açıqlaması – VİDEO

“Haqsız olduqlarını tarixi faktlarla ortaya qoyduq”

“ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qondarama erməni soyqırımı ilə bağlı qərarının tarixi reallıqlara zidd və haqsız olduğunu tarixi faktlarla ortaya qoyduq”. Bunu partiyasının qrup toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, bəzi görüşlərdən sonra erməni iddialarının Senatda gündəmə gətirilməsi ilə bağlı təşəbbüslərin qarşısı alınıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası oktyabrın 29-da  qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib. Qətnamənin lehinə 405, əleyhinə isə 11 nəfər səs verib.
Qətnamənin müəllifi ermənipərəst mövqeyi ilə tanınan demokrat Adam Şiffdir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də ABŞ-a səfərindən sonra qondarma erməni soyqırımı haqqında qərarın Senata çıxışı bloklanıb. Respublikaçı senator Lindsi Qrem sənədin bir senatorun bütün palata tərəfindən qəbul edilməsini dondurmaq hüququndan istifadə edib.

Paylaş: