Ça. Dek 10th, 2019

Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib? – (YENİLƏNİB)

Tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı iddialar yayılıb.

Turkustan.info xəbər verir ki, məsələ ilə bağlı “yeni sabah” E.Əlibəyli ilə əlaqə saxlayıb. O, açıqlamasında məlumatın yalan olduğunu bildirib:

“Vallah, mən özüm evimin içində oturmuşam, həyat yoldaşım da Türkiyədədir. İndi mən bunu  mətbuata açıqlamaq istəmirəm, amma deyəsən, mən birbaşa nazirə yazacağam. Görüm polis kimə, kim polisə işləyir. Bu məlumatları indiyə qədər mətbuata sızdıraan adamları bir-bir çağırtdıracağam və cinayət məsuliyyətinə cəlb etdirəcəyəm.  İndiyə qədər mən düşünürdüm ki, fikir verməyim. Birinə, iksinə fikir vermədikcə deyəsən bunlar çaşırlar”.

***

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb.

Turkustan.info xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: