C. Dek 13th, 2019

BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi – FOTO

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Turkustan.info xəbər verir ki, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir. Növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. 

Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qonaqları salamladıqdan sonra BDU-nun keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb.  BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən Vilayət Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb və onun bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib. Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, BDU-nu Azərbaycan xalqının milli sərvəti adlandırıb. 

Tədbirdə AzTU-da çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş professor və müəllimlər adından BDU-nun rektoruna xatirə hədiyyəsi təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. 

BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi- FOTO

BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi- FOTO

BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi- FOTO

BDU-nun 100 illik yubileyi AzTU-da qeyd edildi- FOTO

 

Paylaş: