Ça. Dek 10th, 2019

Elçin Əlibəyli təkzib edib hədələdi – “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”

Bu gün xəbər saytlarında tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi xəbəri yayıldı.

Yayılan məlumatlarda deyilirdi ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Məlumatı dəqiqləşdirmək üçün Elçin Əlibəyli ilə əlaqə saxladıq. Bizimyol.info saytına danışan jurnalist qeyd etdi ki deyilənlər iftira və yalandan başq a bir şey deyil.

“Mənim haqqımda mənə qarşı böhtan və təzyiq kampaniyası başladılıb. Ölkədən çıxmağa hazırlaşıram. Ölkədən çıxan kimi hamısının adını açıqlayacam. İndi desəm qarşımı kəsərlər. Mən ağılsız adam deyiləm ki təyyarə və ya qatarla ölkədən çıxım. Belə eləsəm çıxmağıma mane olarlar. Hara gedəcəyimi demirəm. Amma gedəndən sonra mən elə bir təhlükəli qüvvəyə çevriləcəm ki, əsim- əsim əsəcəklər. Mənim yoldaşım Türkiyədə magistr təhsili alır. O bu gün gəlib belə bir şokla qarşılaşıb. Xəbər yayanları məhkəməyə verəcəm. Bizim ailəmizdə heç bir münaqişəli vəziyyət yoxdur”. 

Paylaş: