Ça. Dek 10th, 2019

Vətəndaşlar ata adlarını dəyişə biləcəklər – YENİ QANUN

Ukraynada vətəndaşlara ata adlarını dəyişdirməyə icazə veriləcək.

Turkustan.info xəbər verir ki, bununla bağlı Ukrayna Ali Radası qanun qəbul edib.

Ukraynalılar 16 yaşına çatdıqdan sonra atalarının adlarını dəyişdirə biləcəklər. Ayrıca “Şəxslərin atasının adını dəyişdirmək hüququ ilə bağlı bəzi qanunverici aktlara dəyişiklik edilməsi haqqında” sənəddə 14 yaşdan yuxarı şəxslərə eyni hüquq, lakin valideynlərin və ya qəyyumların razılığı ilə icazə verilməsi təklif olunur.    /Cebhe.info/

Paylaş: