Ça. Dek 10th, 2019

Ziya Məmmədov yeni FOTOLARDA

Sabir nəqliyyat naziri Ziya Məmmədov vəzifədən getdikdən sonra ictimai həyatda hər hansı iştirakı hiss olunmur. Bir zamanlar medianın gündəmindən düşməyən – oliqarx məmurlar sırasında öncül yer tutan Z. Məmmədov bu gün də media və cəmiyyət üçün maraqlı personadır.  

Turkustan.info xəbər verir ki, eks-nazirin qardaşı oğlu Aynar Məmmədov Facebook şəbəkəsində əmisi Ziya Məmmədovla olan fotolarını paylaşıb. Fotolar hansısa ailə şənliyində çəkilib.

Aynar Məmmədovun paylaşdığı digər fotosu isə Ziya Məmmədovun oğlu Anar Məmmədovladır.

Paylaş: