Ç. Dek 11th, 2019

Azərbaycan Milli Dirçəliş Günü Bursada qeyd edilib – FOTOLAR

1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsi onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. 1992-ci ildən bu gün Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunmağa başladı.

Qardaş ölkə Türkiyənin Bursa şəhərində 17 noyabr Milli Dirçəliş günü münasibətiilə Türk Dünyası adına önəmli və coşqulu bir gün yaşanıb. TESİAD (Bütün Fəal Sənaye İş adamları və İş QadınlarıDərnəkləri Federasiyası),TESAM (İqtisadi,Siyasi və  Araşdırmalar Mərkəzi),Türküstan Toyu (Türk Dünyası Münasibətləri Araştırma və İnkişaf Mərkəzi) tərəfindən təşkil olunan tədbirə Türküstan Toyu müdürü M.İlyas Bozkurt, Türküstan Toyu müdür köməkçisi Talha Zeytuncu, Üsküdar Universiteti Sosiologiya elmlər doktoru, professor Əbülfəz Süleymanlı, Azərbyacan Kültür Dərnəyi Bursa Şöbə Müdürü Handan Əskəran Ton, Dünya AxıskaTürkləri Birliyi Bursa Təmsilçisi Paşa Əlixan eyni zamanda siyasi parti təmsilçiləri, akademiklər, iş adamları və çok sayda vətəndaş qatılıb.

Çıxışında Azərbaycanın Milli Dirçəliş gününü təbrik edənTürküstan Toyu müdürü M. İlyas Bozkurt Türk insanın qəlbində Azərbaycanın yeri bir başqadır söyləyib.

Adının sonunda can olduğu kimi bizlər üçün başında da can vardır deyən Bozkurt belə bir tədbirin gələcəkdə Azərbaycanda da qeyd etməyi düşündüyünü açıqlayıb.

Türkiyə Azərbaycan Qardaşlıq Gecəsi və Azərbyacan Milli Dirçəliş Günü adlı tədbirin aparıcı Bengü Türk Televiziyasında yayınlanan “Azərbaycan Rüzgarı″ verilişinin aparıcısı həmvətənimiz Səidə Ömər olub. Tədbir Türk mədəniyyətini əks etdirən  şer, rəqs və mahnılar ilə davam edib.

Paylaş: