Ca. Dek 5th, 2019

Estoniya Rusiyadan torpağını geri istəyir

Estoniya Rusiyadan 5 faiz torpaq istəyir. 

Turkustan.info xəbər verir ki, bu tələblə Estoniya parlamentinin spikeri Henn Pılluaas çıxış edib. Cebhe.info xəbər verir ki, rəsmi Tallin 1920-ci ilin sərhədlərini geri istəyir. Rusiya XİN -nin departament rəhbəri Sergey Belyayev bu sənədin hüquqi qüvvəsinin olmadığını bildirib.

“Estoniyanın Rusiyaya torpaq iddiası yoxdur. Biz Rusiya ərazisinindən heç bir kvm torpaq istəmirik. Ancaq istəyirik ki, bizim  torpağımızı qaytarsınlar. Rusiya Estoniya ərazisinin 5 faizini ilhaq edib”,- deyə spiker vurğulayıb.

Ancaq Rusiya tərəfi hesab edir ki, Estoniyanın qonşuları ilə sərhəd problemi olacağı təqdirdə NATO üzvlüyünə qəbul edilməzdi.   /Cebhe.info/

Paylaş: