Bz. Dek 15th, 2019

Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Cari il noyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.

Turkustan.info xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.

Məlumatda deyilir ki, noyabrın 1-i tarixinə Gürcüstanın 5 419 812 milyon ABŞ dolları həcmində xarici dövlət borcu var. Bunun 5 212 904 milyon dolları hökumətin borcudur.

Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.  /Axar.az/

Paylaş: