Ca. Dek 5th, 2019

Prezidentin nəzarətə götürdüyü borc məsələsi həll edildimi? – Bankdan AÇIQLAMA

Noyabrın 19-da Prezident İlham Əliyev “28 May” metrostansiyasının qarşısında paytaxt sakinləri ilə görüşüb, onların şikayətlərini dinləyib.

Həmin görüş zamanı Bakı sakini olan Məmmədova Səmayə İbrahim qızı dövlət başçısına yaxınlaşaraq “Bank of Baku”ya olan 6 min manat borcunun silinməsini xahiş edib.

Yaşlı qadın Prezidentə qəzaya düşdüyü üçün krediti ödəməkdə çətinlik çəkdiyini bildirib. Dövlət başçısı dərhal qadının probleminin həlli üçün müvafiq göstəriş verib.

Məsələ ilə bağlı “Bank of Baku” Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Gülşən Cumayeva modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ rəhbərliyin nəzarətindədir:

“Müştəri məlumatlarının məxfiliyinin qorunmasına dair öhdəliyimiz olduğu üçün ətraflı məlumat açqılaya bilmirik”.

Paylaş: