Ça. Dek 10th, 2019

Rusiyaya getmək istəyənlərin diqqətinə: İŞ YOXDUR

Rusiyada ümumi işsizlik səviyyəsi artır.

Belə ki, 2019-cu ilin oktyabrında bu rəqəm 4,6 faiz olub. Halbuki, cəmi bir ay əvvəl bu rəqəm 4,5, avqustda isə 4,3 faiz idi.

Turkustan.info xəbər verir ki, bu barədə Statistika Komitəsindən bildirilib.

Beləliklə, ölkədə 3,476 milyon insan işsizdir ki, bu da sentyabrla müqayisədə 105 min nəfər artım deməkdir. Əmək Nazirliyinin məlumatına görə, məşğulluq mərkəzlərində 0,6 milyon nəfər qeydiyyatdadır. 0,5 milyon nəfər isə işsizliyə görə müavinət alır.     /Cebhe.info/

Paylaş: