Be. Dek 16th, 2019

SON DƏQİQƏ: İsrail qırıcıları İran ordusunu BOMBALADI – Onlarla hərbçi həlak oldu / VİDEO

İsrail qırıcıları Suriyada hökumət qüvvələrinin və İran ordusunun mövqelərini bombalayıb.

Anadolu agentliyi xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətindən belə açıqlama verilib. Bildirilib ki, əməliyyatlar zamanı onlarla hərbi obyekt, hava hücumundan müdafiə sistemləri və silah anbarları məhv edilib. Məlumata görə, əməliyyatlar Suriyadan İsrail ərazisinə atılan raket zərbələrinə cavab olaraq təşkil edilib.

Suriyanın rəsmi agentliyi İsrail qırıcılarının paytaxt Dəməşq ətrafındakı bir neçə məntəqəni hədəfə aldığını təsdiq etsə də, fəsadların ciddi olmadığını irəli sürüb. Açıqlamaya görə, hava hücumundan müdafiə sistemləri İsrailin irimiqyaslı hücumunun qarşısını alınıb. Lakin qeyri-rəsmi mənbələr onlarla hərbçinin və bir neçə dinc sakinin həlak olduğunu irəli sürüb. (redaktor.az)

 

 

Paylaş: