Be. Dek 16th, 2019

“Vasili” adlı robotdan Rusiya vətəndaşına çağırış: “Ölkədən qaçın…”

Rusiyanın “Pop-Tech” şirkətinin hazırladığı robot qalmaqla səbəb olub.

Turkustan.info Rusiya mətbuatına istinadən bildirir ki, Rusiyanın Sosial Siyasət Nazirliyinin sifarişi ilə süni intellektə sahib olan “Vasili” adlı robot vətəndaşların müxtəlif mövzulardakı suallarına cavab vermək məqsədilə hazırlanıb.

Bildirilir ki, 3 ay ərzində hazırlanan robot sınaq müddətində ona verilən bütün suallara Nazirliyi qane edəcək şəkildə cavablandırıb. Sınaq yoxlamalarından uğurla keçən “Vasili” ən sonda vətəndaşların qarşısına çıxarılıb və bu zaman gözlənilməz hadisə baş verib.

Vətəndaşlardan birinin “Vasili”yə ünvanladığı suala robot rəsmi şəxslərin gözləmədiyi cavab verib. Belə ki, vətəndaş robotdan soruşub ki, mən ayda 12 min rubl maaş alıram və bir ay ərzində bu pula necə dolana bilərəm? Robot isə cavab verib ki, siz təcili olaraq ölkədən qaçmalısınız.

“Vasili” daha sonra xarici ölkələrin Rusiyadakı konsulluq və səfirliklərinin ünvanını, həmçinin viza alınması ilə bağlı digər məsləhətlərini verib.
“Vasili”nin bu açıqlamasından sonra rəsmi şəxslər bildiriblər ki, hazırlanan robot istifadə üçün hələ tam hazır deyil.

“Pop Tech” şirkətinin rəsmi nümayəndəsi isə bildirib ki, aşkar edilmiş koda görə, robota xarici müdaxilə olub: “Lakin, bu müdaxiləyə baxmayaraq “Vasili”nin çox ağıllı olduğu ortaya çıxdı. Bu cavabdan sonra da o vətəndaşlara başqa tövsiyələr verdi.

Məlumatda həmçinin qeyd olunur ki, baş verənlərdən sonra “Vasili”nin üzərində təkmilləşdirmə aparılması  üçün şirkəytə geri göndərilib və bunun üçün nazirlik əlavə olaraq 3 milyard rubl ayıracaq.  /Yeniavaz.com/

Paylaş: