Ca. Dek 12th, 2019

Azərbaycanın yeni Ombudsmanı bu üç nəfərdən biri olacaq – ADLAR

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.
Sabah – noyabrın 22-də parlamentin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

İclasda Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Milli Məclisdən verilən məlumata görə, namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

Bunlar 3 nəfərdi: Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.  
Məsələ İnsan hüquqları komitəsində müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.  

 Xatırladaq ki, hazırki Ombudsman Elmira Süleymanovadır. Onun 82 yaşı var. (modern.az)

Paylaş: