Ca. Dek 12th, 2019

BDU-da FACİƏ: 1 tələbə öldü

Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təcili Tibbi Yardıma bununla bağlı saat 12:35-də daxil olub:

“Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir”.

Paylaş: