Ca. Dek 12th, 2019

BDU-nun ölən və xəstəxanaya yerləşdirilən tələbələrinin adı açıqlandı

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 2№-li yataqxanada zəhərlənmiş tələbələrin yerləşdirildiyi xəstəxanaya gedib.
E.Babayev 2 tələbə qızın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzdə onların vəziyyətilə maraqlanıb, həkimlərlə söhbətləşib.
Hazırda xəstəxanada olan tələbələrin Həmidə İbadova və Dürrubə Quliyeva olduğu bildirilir.

Onların vəziyyəti ağır qiymətləndirilir.

Hadisə BDU-nun Mətbuat küç. 36 ünvanında yerləşən 2№-li yataqxanasında baş verib. Verilən məlumata görə, qızlar ötən axşamdan zəhərləniblər. Həkimlər bu gün günorta saatlarında hadisə yerinə çağırılıb. Onlar yataqxanada huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıb. Onlardan biri – Xasmətova Şəkər Faiq qız ölü tapılıb. (modern.az)

Paylaş: