Ca. Dek 12th, 2019

BDU tələbələrinin nədən zəhərləndiyi bəlli oldu – “Suşi”- (YENİLƏNİB)

BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.
Turkustan.info xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya “Suşi” sifariş veriblər: “Tələbələr “Suşi”ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər”.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri – 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb.
1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.
***

“Məndə olan məlumata görə tələbələrimiz ev şəraitində hazırlanmış və ya marketdən alınmış konservləşdirilmiş məhsullardan, süd məhsullarından istifadə etdiklərinə görə zəhərləniblər”.

Bunu təhsil eksperti Kamran Əsədov bildirib. 

Xatırladaq ki, Bakı Dövlət Universitetinin  2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Zəhərlənən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. Zəhərlənərək ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib. Digər iki tələbə – 1998-ci il təvəllüdlü Həmidə İbadova və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyevadır. (yenisabah)

Paylaş: