C. Dek 13th, 2019

Gülnarə Cəmaləddin “Tərəqqi” medalı ilə təltif edilib – Bu Azərbaycan ədəbiyyatının daha bir uğurudur

Prezident İlham Əliyev “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə təltif olunanlar arasında AYB Sumqayıt bölməsinin sədri  Gülnarə Cəmaləddin də(Niftiyeva Gülnarə Şirinəli qızı) var. Xanım şairə “Tərəqqi” medalı ilə təltif edilib.

Öz istedadı və yaradıcılığı ilə seçilən şairlərdəndir Gülnarə Cəmaləddin. Onun yaradıcılığındadiqqət çəkən çox məqamlar var və ən önəmlisi isə  o oxucusunu sözün sehrinə sala bilir, könlünü asanlıqla fəth edir. Sözə böyük dəyər verən bu xanım sözlə birgə ucalır. Onu duymaq, dərk eləmək olduqca asandır.  Çünki o çox sadə yazır, yaratdığı obrazlarvasitəsilə  fikrini asanlıqla oxucuya çatdıra bilir. Çünki o, yazdıqlarına çox böyük məsuliyyətlə yanaşır. Sanki o öxucusu ilə üz-üzə dayanıb danışır.

Azərbaycan ədəbiyyatınının cəfakeşlərindən biri, sözün qədrini düşündüyümdən də artıq dəyərləndirən, hər misrasında böyük bir dünya yaşadan, sözü də özü kimi səmimi və saf olan Gülnarə Cəmaləddinin bu mükafatı təkcə ona aid deyil. Bu mükafat onu sevən çoxsaylı oxucularının, əslində ədəbiyyatımızındır.

Картинки по запросу Gülnarə Cəmaləddin

Gülnarə xanım sözlə doğulub, sözlə yaşayıb, sözlə də yaddaşlara hopub. O sevilib, sevdiyi Vətənin həqiqi mənada övladına çevrilib.  Elə o üzdən də sevilən və ürəklərə köçən şairlərin mükafatı hamının olur.

Poeziya fədasisi olan Gülnarə xanımı layiq görüldüyü mükafata görə təbrik edirəm. Ona sözünün başına dolanan əzminin və istedadının daha da çağlayan olmasını, sözün zirvə ömrünə doğru daha qəttiyyətlə yol getməsini arzulayıram. Bu gün Prezident İlham Əliyevin sərancamı ilə“Tərəqqi” medalına layiq görülməsi də bir Vətən övladına, söz fədaisinə verilən ən yüksək dəyər və qiymətdir. Dövlətin və oxucun yanında həmişə dəyərli və sevilən olun, Gülnarə xanım.

Qalib Rehimli

Paylaş: