Be. Dek 9th, 2019

İranın Suriyada “usta oyunu”: İsrail ona görə vurdu…

İran Suriyada bir usta kimi fəaliyyət göstərir və İsrailə qarşı yeni bir cəbhə qurmağa çalışır.

Turkustan.info xəbər verir ki, bunu İsrailin Suriyaya raket zərbəsi endirməsini şərh edən israilli hərbi ekspert İli Nisan bildirib. O, baş verənlərdə dolayı İranı günahlandırıb:

“İran ötən gün Qolan yüksəkliklərinə dörd raket atdı. İsrail buna icazə verə bilməzdi. Başa düşürsünüzmü, İsrail neftayırma zavodlarına edilən hücumlar qarşısında səssiz qalan Səudiyyə Ərəbistanı deyil. Bu səbəbdən İsrail güc tətbiq etdi və Suriyadakı İran hədəflərinə zərbə vurdu”.

Məsələ ilə bağlı suriyalı hərbi ekspert, istefada olan general Məhəmməd Abbas isə Suriyanın Qolan təpələrinə raket atması barədə hər hansı məlumat yaymadığını bildirib:

“İsrailə Suriyanı vurmaq üçün bir bəhanə lazım idi. Əvvəla, Suriyanın cənubunda fəaliyyət göstərən silahlı qrupların İsrail tərəfindən maliyyələşdirildiyini və İsrail istehsalı raketlərə sahib olduqlarını başa düşmək lazımdır. Bu yaxınlarda Suriyanın təhlükəsizlik qüvvələri əvvəllər terrorçuların əlində olan yüzlərlə İsrail istehsalı raketlərin olduğu yeni anbarların yerini müəyyən etdi. İkincisi, İsrail Qolan yüksəkliklərinə hansı raketlərin atıldığını bəyan etmədi. Əgər artilleriya mərmiləri olsaydı, hər kəs onları yerindən ata bilərdi. Netanyahunun Dəmir Qübbənin uğuru barədə açıqlaması seçkiqabağı təşviqat olaraq qəbul edilir. Üçüncüsü, Suriya ordusu raket atsaydı, Dəmir Qübbə onların qarşısını almaqda gecikərdi”.

Qeyd edək ki, ötən gün İsrail ordusu Suriyada onlarla hədəfə zərbə endirib.  /Axar.az/

Paylaş: