Be. Dek 9th, 2019

ABŞ Senatından “erməni soyqırımı” ilə bağlı MÜHÜM ADDIM

ABŞ Senatının Demokrat Partiyasından olan üzvü, senator Bob Menendez tərəfindən 1915-ci ildə baş verdiyi iddia olunan qondarma erməni soyqırımının tanınması ilə bağlı qətnamə layihəsi ikinci dəfə Senata təqdim edilb.

Turkustan.info xəbər verir ki, senator Menendez qondarma erməni soyqırımının rəsmi şəkildə tanınmasını nəzərdə tutan qətnamənin Senatda müzakirə olunmasını  tələb edib.

Birinci dəfə Respublikaçılar Partitasının təmsilçisi, senator Lindsey Qraham qanun layihəsinin səsverməsinə mane olub. İkinci dəfə isə Respublikaçılar Partitasının digər təmsilçisi, senator David Perdue  səsverməyə qarşı çıxıb.  Perdue bildirib ki, hazırda qanun layihəsini səsverməyə çıxarılması doğru deyil.

Məlumat üçün qeyd edək ki, ötən ay ABŞ Konqresinin Nümayəndələr Palatasının əksər üzvü qondarma soyqırımın tanınması ilə bağlı qərarın leyinə səs verib.    /Yeniavaz.com/

Paylaş: