Ça. Dek 10th, 2019

AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi – FOTO

Noyabrın 13-15-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Təhsil və idman” problemlərinə həsr olunmuş beynəlxalq  konfrans keçirilib.

Turkustan.info xəbər verir ki, konfransa əvvəldən göndərilmiş məqalələr əsasında Azərbaycandan dəvət olunmuş dörd nəfərdən biri AzTU-nun professoru Əyyub Kərimov olub. O,  konfransın Rəyasət Heyətində ölkəmizi təmsil edib  və Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində keçirilən beş bölmədən ibarət beynəlxalq tədbirin birinci bölməsinin rəhbəri olub.

 Əyyub Kərimovun “Ali  məktəblərdə  “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin tələbələrin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsində rolu” mövzusunda çıxışı və iştirakçılara nümayiş etdirdiyi Azərbaycanda multikultural mühiti əks etdirən qısa sənədli film çox  böyük  maraqla qarşılanıb.  40-a yaxın ölkədən 300 alimin iştirak etdiyi konfransın gedişi zamanı erməni nümayəndələrin Dağlıq Qarabağ problemi və Azərbaycan multikulturalizmi ilə bağlı əcnəbi iştirakçılar  arasında apardığı yalan, çaşdırıcı təbliğatın qarşısı alınıb. Tədbir iştirakçılarına əsl həqiqətlər real tarixi faktlar və məntiqi dəlillər əsasında izah edilib. 

Paylaş: