Ça. Dek 10th, 2019

“Mən kefə getməmişəm” – Hicran Hüseynova görüşə helikopterlə getməyindən DANIŞDI

“Bizim komitənin nə helikopteri, nə yaxtası, nə də təyyarəsi var. Ən aşağı büdcəsi olan komitədir”.

Bunu Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  deyib:

“Mənə dedilər ki, Ağdamda tədbir keçiriləcək və 30 nəfər orada gözləyir. Maşınımda problem yarandığına görə, mən hərbçilərlə əlaqə saxladım və soruşdum ki, kim Ağdama gedəcək?

Mən Ağdama hərbi helikopterlə getdim. Əslində cəbhə xətti olduğuna görə, bu çox təhlükəli idi. Biz orada müxtəlif problemləri olan insanlara kömək etdik. Mən kefə, kurorta getməmişəm. Əsas məsələ bu idi ki, 12 saatı yola sərf etməkdənsə, oradakı insanların problemlərinə həsr edim”.

Paylaş: