Ça. Dek 10th, 2019

“Paşinyan və Ata Abdullayev eyni səviyyədə olan adamlardır” — YAP-çı deputat

“Ata Abdullayevin Milanda Nikol Paşinyanın da olduğu erməni kiləsində keçə bilməsi müsbət hadisədir. Ancaq hesab edirəm ki, Ata Abdullayev ora bir qədər hazırlıqsız gedib”. 

Turkustan.info bildirir ki, u fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.

Deputat deyib ki, əslində Paşinyanı çox savadlı, konkret faktlara söykənən əsaslı və təkzibedilməz dəlillərlə susdurmaq olardı:

“Ancaq çox təəssüf ki, Ata Abdullayevin hərəkətlərində biz bunu müşahidə edə bilmədik. Ancaq hər halda Ata Abdullayev bəzi fikirlərini Paşinyana söyləyə bildi. İstənilən halda o, bu addımı müstəqil şəkildə edib”.

Image result for Ata Abdullayev Paşinyan

E.Nəsirov qeyd edib ki, Ata Abdullayevin guya Azərbaycan dövlətinin tapşırığı ilə ora göndərilməsi barədə fikirlər tamamilə cəfəngiyyatdır:

“Bu cür iddialar tamamilə cəfəngiyyatdır. Hətta, Ata Abdullayev Milana öz təşəbbüsü ilə getdiyini dəfələrlə bildirib. Paşinyanın qarşısına çıxmaq təşəbbüsü onun öz içindən gəlib. Əgər Azərbaycan dövlətinin bu istiqamətdə konkret bir planı olsaydı, o zaman Paşinyanla görüşə Azərbaycanın xaricdə təhsil almış savadlı və yüksək hazırlıqlı gəncləri göndərilərdi. Digər tərəfdən isə Ata Abdullayevin Paşinyanla çıxışında savad səviyyəsinin aşağı olması ilə bağlı fikirlər səslənir. Ancaq mən hesab edirəm ki, Ata Abdullayev Paşinyanın səviyyəsinə adekvat olan adamdır. Hətta, bəzi hallarda Paşinyan Ata Abdullayevdən də aşağı səviyyədə dayanır. Ümumiyyətlə, Paşinyanın nə qədər səviyyəsiz dövlət başçısı olduğunu Azərbaycan Prezidenti cənab İlham Əliyev həm Soçidə, həm də Aşqabadda keçirilən tədbirlərdə sübut edib. Cənab Prezident konkret faktlarla və tarixi sənədlərə söykənən dəlillərlə işğalçı ölkə rəhbərini ifşa edib. Bütün bunlardan sonra Nikol Paşinyan yalnız və yalnız Ata Abdullayev kimi bir blogerin səviyyəsində dialoq aparacaq naşı siyasətçi ola bilərdi. Paşinyandan fərqli olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev isə dünyada tanınan nüfuzlu siyasətçi və liderdir”.

E.Nəsirov bildirib ki, əslində Paşinyan və Ata Abdullayev arasındakı dialoq bir-birini tamamlayır:

“Bu dialoq bir-birinə adekvatdır. Bu gün Nikol Paşinyan heç də Ata Abdullayev səviyyəsindən yüksəkdə dayanmır. Paşinyan Ata Abdullayevlə dialoqunda həm də necə yalançı siyasətçi olduğunu nümayiş etdirdi. Bu baxımdan da onların dialoqu bir-birini tamamlayır. Onları siyasətdə iki eyni səviyyəli adamın danışığı kimi qiymətləndirmək olar. Burada yeganə müsbət məqam odur ki, Ata Abdullayev işğalçı Ermənistan rəhbərinə öz nifrətini nümayiş etdirmək üçün Milanda erməni kilsəsinə daxil ola bilib”.

Paylaş: