Ça. Dek 10th, 2019

Zəhərlənən tələbələrin son durumu nədir? – RƏSMİ AÇIQLAMA

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı son durum açıqlanıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir.
Xatırladaq ki, ötən gün Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında zəhərlənmə hadisəsi olub. Hadisə barədə Təcili Tibbi Yardıma məlumat daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. 1998-ci il təvəllüdlü Həmidə İbadova və BDU-nun kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər tələbə, 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Xasmətova isə dünyasını dəyişib.  /BakuPost/

Paylaş: