Be. Dek 9th, 2019

ABŞ-dan şok etiraf: Putin Saakaşviliyə deyirdi ki…

ABŞ Konqresində Trampla bağlı impiçment araşdırması çərçivəsində ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Fiona Hill dindirilib.

Hill araşdırma çərçivəsində Rusiya-Gürcüstan müharibəsindən bəhs edib.

“2008-ci ildə Rusiya Gürcüstana hücum etdi. Mən o zaman milli kəşfiyyatın zabiti idim və biz fərqli sənədlərlə ali hakimiyyət dairələrini xəbərdar etmişdik. Rusiya və Gürcüstan arasındakı real konflikt riski vardı və biz o zaman inanırdıq ki, Rusiya Ukraynaya hücum edə bilər. Bu, 2008-ci ildə baş verdi. Gürcüstan və Ukrayna NATO üzvlüyü üçün fəaliyyət planı əldə etməyi arzu edirdi və Rusiya açıq şəkildə onları təhdid edirdi.

Gürcüstana hücum zamanı Putin o zamankı Gürcüstan liderinə açıq şəkildə bunu demişdi: “Sənin Qərbdəki müttəfiqlərin, sənin Qərbdəki tərəfdaşların çox şeyi vəd verir, amma yerinə yetirmirlər, mən isə təhdid edirəm və icra edirəm”. Putin Qərbi sınaqdan keçirməyə cəhd edir. Bu dövrdə biz Gürcüstan və Ukraynaya çox vəd verdik, amma icra etmədik. Putin hər zaman bizim vədləri icra etməməyimizin işartılarını axtarır və təhdidlərini icra edir. 2008-ci ildə o, Ukraynanı təhdid etdi, 2014-cü ildə isə Ukrayna Avropa Birliyi ilə assosiasiya barədə raızlaşmanı bitirməyə cəhd edəndə o, ukraynalılara hücum etdi”, – deyə o bildirib.(axar.az)

Paylaş: