23 Oktyabr 2020 09:19

Deputat Elman Məmmədov: “Ata Abdullayev kişiliyə yaraşan sifət deyil”

Özünü bloger kimi təqdim edən Ata Abdullayev adlı şəxsin İtaliyanın Milan şəhərində peyda olması, Ermənistanın baş naziri Nikol Paşinyanın kilsədə keçirdiyi tədbirə gedərək, ona bəsit suallar verməsi və Azərbaycanı biabır etməsi bir neçə gündür müzakirə mövzusudur. A.Abdullayev  kimlərin himayəsilə Azərbaycan adına bu hərəkəti edib? Bəzilərinin “uğur” kimi təqdim etməyə çalışdığı bu davranış böyük əksəriyyətin tənqidinə səbəb olub. Ata Abdullayev kimi hansı vəzifənin sahibi olduğu bilinməyən birinin hazırlıqsız şəkildə düşmən ölkənin rəhbərinin qarşısına çıxaraq yalvarması ölkənin Qarabağ siyasətinə kölgə salmırmı? Ata Abdullayev kimiləri əslində  Qarabağ məsələsindən istifadə etməklə öz piarını qurmağa çalışmırmı?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Ata Abdullayev və onun kimilərinin özünü tanıtmaqdan başqa heç bir məqsədinin olmadığını vurğulayıb:

“Ata Abdullayevin çıxışının nəticəsi olmadığı üçün reklamdan başqa səciyyə daşımır. Qarabağın azadlığı üçün hər kəs öz imkanı çərçivəsində çalışmalı, müəyyən ölkələrdə təbliğat apararaq, ictimai rəy yaratmalıdır. Lakin bu cəhdlər özünü reklama çevrilməməli, birbaşa nəticəyə hesablanmalıdır. Çünki hər şey nəticəsinə görə dəyərləndirilir. Kimsə Avropaya gedib geniş xarici auditoriya qarşısında Qarabağla bağlı tədbir keçirirsə və ya işğalçı rejimdən Paşinyan və ya digər şəxsin qarşısına çıxıb tutarlı dəlil və faktlarla mövqe ortaya qoyursa, bu, bizim işimizin xeyrinədir. Lakin hazırlıq olmadan düşmən qarşısına çıxıb ona Azərbaycanı ittiham etmək üçün imkan vermək yalnız bizim ziyanımıza olacaq. Hər kəs bundan sonra bu məsələlərdə diqqətli olmalı, Qarabağ üçün müsbət istiqamətdə işlər görməlidir”.

Deputat Elman Məmmədov da A.Abdullayevin addımını pisləyib:

“Əvvala mən o adamı tanımıram. Ancaq onun atdığı addıma öz fikrimi bildirmək istəyirəm. Bizə qarşı soyqırımı törədib, qanımızı tökən, torpaqlarımızı işğal altında saxlayan bir millətlə xahiş-minnətlə, yalvarışla, mülayim danışmaq ayıbdır. Bu, bizə yaraşan mövqe deyil. O, Paşinyandan soruşur ki, bizim torpağı nə vaxt qaytaracaqsınız? Bu sualın özü düzgün qoyulmayıb. Azərbaycan gənci, Azərbaycan vətəndaşı “Biz torpaqlarımızı hərbi güclə düşməndən azad edəcəyik” fikrində olmalıdır. Düşmən heç vaxt danışıqla, xahişlə torpaq qaytarası deyil. Yəni bu yanlış mövqedir. Düşmən torpaqlarımızı işğal edib, oturub orada və torpaqlarımızı qaytarmaq fikrində deyil. Torpaqlarımızı yalnız Azərbaycan Ordusu xilas edəcək. Yəni kimsə fikirləşirsə ki, düşmən bizə nəyə görəsə torpaq qaytaracaq, bu, xəyaldır. Çünki bizim torpaqlar qətnamə ilə, qərarla işğal olunmayıb, silah gücü ilə işğal olunub. Və biz də torpaqlarımızı silah gücünə işğaldan azad etməliyik. Hər bir Azərbaycan vətəndaşı, xüsusilə də gənclərimiz bu cür düşünməlidir ki, düşmənə qarşı barışmaz olmaq lazımdır, bizə soyqırım törədənə qarşı qisasçı mövqedə durmaq lazımdır. Yoxsa o Ata kimi gedib düşmənin qarşısında boynubükük, başıaşağı, xəcalətli nəyisə istəmək, bu, kişiliyə, insanlığa, Azərbaycan xalqına yaraşan sifət deyil. Axı Azərbaycan xalqı mərd xalqdır. Və bu gün Azərbaycan xalqının güvəndiyi güclü Azərbaycan dövləti var. Bu dövlətin də güclü ordusu var. Bu ordu da torpaqlarımızı işğaldan azad edəcək!”

Elman Məmmədov hesab edir ki, A.Abdullayev kimiləri özünü reaklamla məşğuldur:

“Belə görüşlərlə, belə suallarla, yalvarışlarla torpaq qaytarılan deyil. Nə qədər ki, torpaqlarımız işğal altındadır, nə qədər ki, ermənilər bizə qarşı düşmənçilik siyasətindən əl çəkmir, bizə onların heç biri ilə görüşmək yaraşmaz. Torpaqlarımızı azad etdikdən sonra fikirləşmək olar ki, bu yaramazlarla, bu murdarlarla qonşuluq, əməkdaşlıq etmək olar, yoxsa olmaz”.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri