Be. Dek 9th, 2019

Erməni Kələntərov yenə “gül” vurdu: ”Bu münasibətlər zamanın sınağından keçib…”

Rusiya-Ermənistan münasibətləri strateji tərəfdaşlıq və ittifaq xarakterini davam etdirməklə zamanın sınağından keçib. 
Rusiya KİV-nin xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov (Kələntərov)un İrəvanda keçirilən “Primakov oxuları” beynəlxalq konfransının iştirakçılarına göndərdiyi təbrikində deyilir.
Yerli KİV-lərin yazdığına görə, belə bir nüfuzlu elmi-praktik forum ilk dəfə Rusiyadan kənarda keçirilir və diqqətəlayiqdir ki, məkan kimi İrəvandakı Rusiya-Ermənistan Universiteti seçilib.
Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin təbrikini Primakov adına Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru akademiki Aleksandr Dınkin oxuyub.
“Primakov oxuları”nın coğrafiyasını genişləndirmək və cari görüşü İrəvanda keçirmək təşəbbüsünü alqışlayıram. Biz bunu iki dövlət arasında yüksək etimadın sübutu olaraq görürük. Bu gün zamanın sınağından keçmiş Rusiya-Ermənistan münasibətləri strateji tərəfdaşlıq və ittifaq xarakteri daşıyır “-deyə Lavrov bildirib.
Lavrov, Yevgeni Primakovun 90 illik yubileyini qeyd etməsinin rəmzi xarakter daşıdığını hesab edir. (moderator.az )

Paylaş: