23 Oktyabr 2020 09:02

Jurnalist təşkilatı Saatlıda maarifləndirmə işi aparıb

“Jurnalist Araşdlrmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımıyla həyata keçirdiyi “İctimai iştirakçılığın regionlarda genişləndirilməsinə dəstək” adlı layihənin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir Saatlı Peşı Liseyində baş tutub. Tədbirdə adıçəkilən təhsil ocağının müəllim və tələbələri, yerli icra hakimiyyəti orqanlarının nünayəndələri, bələdiyyə üzvləri, QHT fəalları və jurnalistlər iştirak ediblər.

Saatlı Peşə Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Həbib Feyzullayev vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. Direktor müavini bildirib ki, analoji layihələrin icrası ölkədə açıq cəmiyyət quruculuğunu daha da sürətləndirəcək.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə auditoriyanı “İctimai İştirakçılıq Haqqında” Qanunun əsas müddəaları ilə tanış edib. JAM sədri dövlət qurumlarının yanında fəaliyyət gpstərən İctimai Şuraların müstəqil şəxslərdən təşkil olunmasının vacibliyini vurğulayıb.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov ictimai nəzarət mexanizminin qurulmasının əhəmiyyətini dilə gətirib. TUMİB sədri qeyd edib ki, ictimai məzarətin təmin olunması həm də cəmiyyətin fəallığından asılıdır.

Paylaş:

escort bayan bayan escort pornhub türk porno hd porno sikiş hikayeleri travesti porno bayan escort escort bayan bayan escort casino mersin escort bayan mersin escort rokettube sex hikayeleri