Be. Dek 9th, 2019

Keçmiş nazir offşorlara 860 milyon dollar pul çıxarıb

Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun 2011-2016-cı illər ərzində 70 şirkət vasitəsilə 860 milyon dollar vəsaiti offşorlara ötürdüyü məlum olub. 

Bu barədə “Novaya qazeta”nın OCCCRP, İsveçin ictimai kanalı SVT və Estoniyanın “Posttimees” qəzetinin birgə araşdırmasında deyilir.

Araşdırmalar nəticəsində məlum olub ki, hazırda həbsdə olan keçmiş nazir  offşor üçün hesablar İsveçin mərkəzi bankının Estoniya bölməsində “Svedbank” – da (Swedbank) açılıb.

O da məlum olub ki, Abızovun şirkət hesablarına daxil olan 860 milyon dollardan 770 milyonu çıxarılıb. Pulların ötürülmə prosesini bankın Estoniya bölməsində, Abızova yaxın və etibarlı şəxs həyata keçirib.

Bankın müştəri-menecerlərindən birində PIN-kod kalkulyator aşkar edilib. Hansı ki, həmin kalkulyatorla  Abızovun şirkətlərindəki  pulların köçürülməsi üçün istifadə olunub. Pul köçürmələrini bankın əməkdaşı Aleksey Everson həyata keçirib. Adıçəkilən şəxs 2017-ci ildə tutduğu vəzifədən uzaqlaşdırılıb. O, işdən çıxarıldığı zaman Abızovun şirkətləri artıq bağlanmışdı. Elə həmin ilin aprelində Everson Abızova bağlı olan “Anduril Enterprises Ltd” nin direktoru vəzifəsinə təyin edilib.

İstintaq araşdırmaları zamanı 70 şirkətdən ən azı 38-nin Rusiyada böyük aktivlərə (aqrar sənaye, maşınqayırma, kömür çıxarma və s.) malik olması da aşkarlanıb.  Bu şirkətlər Abızovun əsas biznesini təşkil edib.

Aktivlərinin bir hissəsinin alqı-satqı sazişləri bağlandıqda Abızov artıq nazir idi və sahibkarklıq fəaliyyəti ilə məşğul olmaq hüququ yox idi. 2017-ci ilə qədər şirkətlərdəki payı ilə bağlı deklorasiya təqdim etməli idi.

Sabiq nazir hazırda istintaq təcridxanasındadır. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Eks nazir cinayətkar şəbəkə qurmaqda, dələduzluqda, çirkli pulların leqallaşdırılmasında təqsirləndirilib.

İstintaqın gəldiyi nəticəyə görə, sabiq nazir 2011-ci ildən 2014-cü ilədək cinayətkar şəbəkə yaradıb və ona başçılıq edib. Şərikləri ilə birgə 4 milyard rubl ələ keçirərək, onu Rusiya xaricinə çıxarıb. Bununla bağlı ittihamlara gəlincə Abızov özünü günahkar bilməyib.

Onu da qeyd edək ki, hüquq mühafizə orqanları Abızovun mənzillərindən birində axtarış apararkən narkotik maddə aşkarlayıblar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı da eks nazirə ittiham verilib. Abızovun müdafiəçisi deyib ki, evdən tapılan, içərisində narkotik maddələr olan bağlamanın üzərində Abızovun əl izlərinə rast gəlinməyib.

Qeyd edək ki, Abızov 2012-2018-ci illərdə açıq hökumət fəaliyyətinin Kkoordinasiyası üzrə nazir olub. 2018-ci ildə bu vəzifənin ləğvindən sonra Abızov İtaliyaya gedib və bütün fəaliyyətini buradan həyata keçirib.

Keçmiş nazir Abızov offşorlara 860 milyon dollar pul çıxarıb

/cebhe.info/

Paylaş: