Be. Dek 9th, 2019

Ərdoğan-Tramp görüşünün gizlinləri açılır – SENSASİON İDDİA

Amerikalı senator Lindsey Qraham qondarma erməni soyqırımı layihəsini Prezident Donald Trampın istəyi ilə Senatda müzakirə olunmasını bloklayıb.

Bu barədə “Axios” agentliyi məlumat yayıb.

Məlumata görə, lahiyənin ötən həftə Senatın müzakirəsinə çıxarılmasına cəhd edilib. Bu təşəbbüs isə demokrat senatorlardan gəlib.

Agentlik yazır yazır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ağ Evdən çıxarkən bir dövlət rəsmisi Lindsey Qarahamı saxlayaraq, Senata qayıtmasını və layihənin müzakirəsini dayandırmağı istəyib.

Senator isə agentliyə olay haqda bunları deyib:

“Bir Ağ Ev rəsmisi yanımda gəldi və məndən soyqırım layihəsinin dayandırılmasını istədi. Ona “əlbəttə” cavabını verdim. Bunu etməyimin yeganə səbəbi onun (Ərdoğan) hələ şəhərdə olması idi. Mümkündürsə, ABŞ-Türkiyə əlaqələrini xilas etməyə çalışıram”.

Senatorlar və layihə müəllifləri Bob Menendez və Ted Kruz ötən həftə qondarma soyqırımın Senatda müzakirə olunmasına cəhd edib. Onlar buna görə respublikaçı senator David Perdyudan xahiş edib. Lakin Perdyu bunun ABŞ-Türkiyə və digər müttəfiq dövlətlərlə münasibətlərə zərbə vuracağını bildirərək bundan imtina edib.

1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə oktyabrın 29-da Konqresin Nümayəndələr Palatasında qəbul olunub. (teleqraf.com)

Paylaş: