Ca. Fev 20th, 2020

Prezident Valeh Ələsgərovu bu vəzifəyə təyin etdi

Prezident İlham Əliyev V.F.Ələsgərovun Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilsin”.

Qeyd edək ki, Valeh Ələsgərov Milli Məclisin deputatı, parlamentin vitse-spikeridir.

***

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Dəyişikliyə əsasən, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1180) aşağıdakı məzmunda 32-ci maddə əlavə edilir:

“Maddə 32. Keçid müddəası

Bu Qanunda nəzərdə tutulmuş Azad Zona səlahiyyətli qurumu və onun İdarə Heyəti formalaşana qədər Azad Zona səlahiyyətli qurumunun və İdarə Heyətinin hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.” (Modern.az).

 

Paylaş:

mersin escort bayan mersin escort