Şb. Dek 14th, 2019

Sumqayıtlı ritm ustası Rövşən Cabbar Moskvada keçirilən Ancient Drums (qədim zərb alətləri) Beynəlxalq Ritm Festivalına qatılıb

Sumqayıt Regional Mədəniyyət idarəsinin Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində fəaliyyət göstərən “Rövşən” ritm qrupunun rəhbəri Rövşən Cabbar yeni uğura imza atıb.

Belə ki, ritm ustası Moskvada ilk dəfə keçirilən Ancient  Drums (qədim zərb alətləri) Beynəlxalq Ritm Festivalına qatılaraq Azərbaycanı layiqincə təmsil edib.

Festivalda dünya musiqiləri və ritmlərinə geniş yer ayrılıb.

Rövşən Cabbar festivalda Azərbaycanın qədim musiqi alətlərindən biri-darbuka zərb alətində maraqlı performans nümayiş etdirib.

Ritm ustasının çıxışı festival təşkilatçıları və tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

 

 

Paylaş: