Be. Dek 9th, 2019

Tehranda mitinq keçirilir – Hökumətə dəstək üçün

İranın paytaxtı Tehranda kütləvi aksiyalar başlayıb.

Turkustan.info “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiyalar bu dəfə hökumətə dəstək üçün keçirilir. Mitinqçilər ölkənin təhlükəsizliyi ilə bağlı təxribatlara uymamaq üçün çağırış ediblər.

Qeyd edək ki, İranda dövlət tərəfindən subsidiya olunan  benzinin qiymətinin 50% bahalaşmasından sonra noyabrın 16-dan ölkədə hökumət əleyhinə aksiyalar başlayıb. Ali lider Əli Xameneyi etirazların ABŞ-ın dəstəyi ilə təşkil edildiyini bəyan etmişdi.    /Qafqazinfo/

Paylaş: