Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birlikdə“Dostluq körpüsü” adlı yeni layihə gerçəkləşdirib.
Azərbaycan və Türkiyənin himni iləbaşlayan tədbiri AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açıb, Azərbaycanla Türkiyə arasında yaranan ədəbi-mədəni əlaqlərdən danışıb. Azərbaycan-İraq Mədəni əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova qonaqları məclis iştirakçılarına təqdim edib.
Qəzetçi,yazar,heykəltaraş Mustafa Taner, Anadolu Sənətçilər Birliyinin rəhbəri Sabit İnce, Almaniyalı iş adamı,sosioloq Yalçın Türkay çıxış edərək şəhərin 70 illik yubileyi ərəfəsindəSumqayıtda olduqlarından məmnunluqlarını bildirib, şəhərlə bağlı xoş arzularını bildirdilər.
Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova,filologiya elmləri doktoru,professor Rafiq Yusifoğlu, “Turan” ədəbi məclisinin sədri Rəfiqə Şəms, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı,yazıçı-ssenarist, kulturoloq Hafiz İmamnəzərli, N.Gəncəvi adına kitabxana-klubun müdiri Zərnigar Babayeva,AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna,Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşı Etibar Bənnayev,şair Xürrəm Qafanlı,Fəridə Səxavət çıxış edərək bu birliyin, qardaşlığınhəm Azərbaycan, həm də Türkiyə üçün çox vacib olduğunu vurğulayıblar.
Türkiyənin ünlü bəstəkarı Ayzer Böyükerinmərhum şair S.Sarvanın “Qarbağlı uşaq” şeirinə bəstələdiyi mahnınınvideoklipinin və istedadlı şair Fethi Akının “İlin şarkısı” olmuş “Roza” əsərinin nümayişi məclisə başqa bir ovqat bəxş etdi.